Bir Porsionluq Vegan Dondurma

Marketlərdə satılan vegan məhsulların sayı hər keçən gün artsa da ev şəraitində də hazırlaya bilərsiniz. Evdar.az bir porsionluq vegan dondurmanın reseptini təqdim edir Tərkibi:
  • 1 ədəd banan (soyulub dondurulmuş)
  • 1 xörək qaşığı kakao
  • 1 xörək qaşığı fıstıq əzməsi
  • ədviyyat, meyvə və s.
Hazırlanma qaydası: Dondurmanı hazırlamağı başlamazdan əvvəl bananı soyub soyuducunun dondurucu rəfində donudurun. Blender və ya mətbəx robotuna dondurulmuş banan, kakao və fıstıq əzməsi töküb qarışdırın. Zövqə görə darçın, meyvə və ya kokos əlavə edərək dadlandıra bilərsiniz. Hazırladığınız kütləni dondurma qablarına bölüşdürün və dondurucuda 1 gecə gözlədin. Daha sonra vegan dondurmanı süfrəyə verə bilərsiniz. Ölçünü artıraraq hazırlayıb soyuducuda saxlaya bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)