Bol Çiyələkli Tart

Çox dadlı və asan hazırlanan bol çiyələkli tart reseptini sizlərə təqdim edirik. Tərkibi:
  • 250 qr buğda unu
  • 100 qr şəkər tozu
  • 100 ml portağal suyu
  • 50 ml zeytun yağı
  • 1,5 çay qaşığı qabartma tozu
  • 700 qr çiyələk
  • 1 paket vanil
  • 3-4 xörək qaşığı qarğıdalı nişastası
  • 85 qr qəhvəyi şəkər tozu
Hazırlanma qaydası: İlk öncə bir qabda un, qabartma tozu və şəkər tozunu qarışdırın.  Üzərinə zeytun yağı və portağal suyunu da əlavə edib xəmiri yoğurun. Yoğurduğunuz xəmiri bir saatlıq soyuducuya yerləşdirin. Çiyələkləri yarıya bölün və şəkər tozu, vanil və nişasta ilə qarışdırın. Xəmiri soyuducudan çıxarıb oxlovla yayın və tart qabına yerləşdirin. Xəmiri qabın kənarlarına da yayın və səliqəyə salın. Hazırladığınız çiyələkləri də tartın üzərinə töküb yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.
Nuş Olsun!
Müəllif: Lilparscake
Servings: 1 yield(s)