Bütün Ailəni Doyuracaq Ətli Piroq “Çizburger”

Yields: 1 Serving

Dünyaca məşhur “Çizburger” yeni dizaynda. Bu piroq çox dadlı və doyurucudur. Evdar.az bütün ailəni doyuracaq dadlı piroqun reseptini təqdim edir.

Tərkibi:

Xəmir mayası üçün:

  • 180 ml isti süd
  • 7 qr quru maya
  • 1 çay qaşığı şəkər tozu

Xəmir üçün:

  • 1 ədəd yumurta
  • 1 çay qaşığı duz
  • 3 xörək qaşığı bitki yağı
  • 320-350 qr un

Üzəri üçün:

  • süd
  • ağ küncüt

İçlik üçün:

  • 400 qr yağsız qiymə
  • 150 qr soğan
  • 150 qr marinə olunmuş xiyar
  • 150 qr pendir
  • 100 qr pomidorlu ketçup
  • zövqə görə duz, istiot
  • 2 xörək qaşığı bitki yağı

Hazırlanma qaydası:

Xəmir mayasını hazırlamaq üçün bir qabda ilıq süd, maya və şəkər tozunu qarışdırın 15 dəqiqə isti yerdə saxlayın. Daha sonra üzərinə yumurta, duz və bitki yağı əlavə edib qarışdırın. Ələnmiş unu da hissə-hissə əlavə edib yumşaq, ələ yapışmayan xəmir yoğurun.Xəmirin üzərini streç salafanla örtüb 50 dəqiqə isti yerə saxlayım.
Tavaya bitki yağı töküb qiyməni suyu tamamilə quruyanadək bişirin. Üzərinə duz, istiot əlavə edib qarışdırın. Tavanı ocaqdan götürün və soyuması üçün kənara qoyun. Soğanı xırda doğrayın və acısını çıxarmaq üçün üzərinə qaynar su tökün. Daha sonra süzgəcə töküb suyunu süzün.
Xəmiri 2 qeyri-bərabər hissəyə (1/4 və 3/4) bölün. Böyük hissəsini dəzgahın üzərində oxlovla yayın. Diametri 20 sm olan qəlibi bitki yağıyla yağlayın. Yaydığınız xəmiri qəlibə yerləşdirib alt hissəsini və yanlarını hamarlaşdırın. Soyuyan bişmiş qiyməni xəmirin üzərinə yayın. Qiymənin üzərinə ketçup yaxın. Daha sonra suyu tamamilə süzülmüş soğanı da bərabər yayın. Xiyarları doğrayıb bir lay düzün. Pendiri sürtgəcdən keçirib bütün diametrə bərabər bölüşdürün. Xəmirin daha kiçik bir hissəsini dairəvi yayın , onunla piroqu örtün və kənarlarını çevirib birləşmələri bərkidin. Piroqun üstünə süd yaxıb küncüt səpin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir