C Vitaminiylə Zəngin Kinkan Mürəbbəsi

Yields: 1 Serving

Sitrus ailəsinin miniatür meyvəsi olan kinkan və ya digər adıyla kamkat, limon və portağal meyvələri kimi C vitamini cəhətdən olduqca zəngindir. Qabığıyla yeyilən yeganə sitrus növüdür. Xoş və zərif qoxusu olan kinkandan mürəbbə hazırlamaq ilk dəfə sınayanlar üçün nəticə mükəmməl olur. Evdar.az səhər yeməyində süfrəyə verə biləcəyiniz xoş ətirli kinkan mürəbbəsinin reseptini təqdim edir.

Tərkibi:

  • ½ kq kinkan
  • 4 stəkan isti su -kinkanları qaynatmaq üçün
  • 4 stəkan soyuq su-kinkanları saxlamaq üçün
  • 2,5 stəkan su
  • 2 stəkan şəkər tozu
  • 5 ədəd mixək
  • 1 ədəd çubuq darçın
  • 1 ədəd limon suyu
  • 1 çay qaşığı kərəyağı

Hazırlanma qaydası:

İlk öncə bir qazana kinkanları tökün. Üzərinə isti suyu əlavə edib 10 dəqiqə qaynadın. Qaynatdıqdan sonra süzün. Süzdüyünüz kinkanları bol soyuq suyla yuyun. Daha sonra soyuq suyun içərisində 2 saat gözlədin. Bir qazanda su və şəkər tozunu orta ocaqda 20-25 dəqiqə arabir qarışdıraraq qaynadın. Qaynayan şərbətin içərisinə kinkan meyvələrini əlavə edin. Üzərinə mixək, darçın çubuğu, limon suyu və kərəyağı əlavə edin. Mürəbbəni orta ocaqda 30 dəqiqə qaynadın. Kinkan meyvələri şəffaflaşdıqda ocaqdan götürün. İsti mürəbbəni bankalara doldurun və ilındıqda qapağını bağlayın. Hazır mürəbbəni soyuducuda saxlayın.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir