Çayın Yanına Dadlı və Asan Truffle Konfetləri

Qonaqlarınız və sevdikləriniz üçün asan Truffle konfeti hazırlaya bilərsiniz. Asan olmağı ilə yanaşı ləzzəti ilə də dadı damağınızdan getməyəcək. Evdar.az dadlı və asan hazırlanan Truffların reseptini təqdim edir. Tərkibi:
  • 150 qr peçenye(Petit Beurre,Yubileynoye və s.)
  • 2 xörək qaşığı şəkər tozu
  • 2 xörək qaşığı kakao
  • 2 xörək qaşığı kərə yağı
  • 1 çay qaşığı vanil
Üzəri üçün :
  • kokos, qoz ovuntusu, kakao və s.
Hazırlanma qaydası: Öncə peçenyələri əlinizlə ovuntu halına gətirin. Mətbəx robotunuz varsa onunla da xırdalaya bilərsiniz. Peçenyələri dərin bir qaba boşaldın. Ayrı bir qabda yağı, şəkər tozunu və kakaonu qarışdırın. Üzərinə vanil əlavə edib yağ əriyib digərlərinə tam qarışanadək qızdırın. Bu qarışığı ovuntu halına gətirdiyiniz peçenyələrin üzərinə əlavə edib bir-birilə tam həll olunanadək qarışdırın və bərkiyənə kimi soyuducuda saxlayın. Bərkiyən kütlədən qoz böyüklüyündə götürüb əlinizdə truffle formasında düzəldin. Formaya saldığınız trufflləri kokosa, zövqə görə qoz və ya fındıq ovuntusuna, kakaoya hərtərəfli bulayın. Truffllar hazırdır!
Nuş Olsun!
Servings: 1 yield(s)