Çayın Yanına “Sırıqlı Yorğan” Piroqu

Kvadratlardan ibarət olduğu və yorğan kimi yumşaq olduğu üçün bu piroqa sırıqlı yorğan adı verilib. Dadlı piroqu hər gün bişirib çayın, qəhvənin yanına verə bilərsiniz. Evdar.az sırıqlı yorğan piroqun reseptini təqdim edir. Tərkibi: Şokoladlı xəmir üçün:
  • 160 qr un
  • 150 qr şəkər tozu
  • 100 ml bitki yağı
  • 4 ədəd yumurta
  • 2 xörək qaşığı kakao
  • 2 çay qaşığı qabartma tozu
İçlik üçün:
  • 300 qr kəsmik
  • 2 xörək qaşığı nişasta
  • 50 qr şəkər tozu
  • 1 ədəd yumurta
  • 2 çay qaşığı vanil
Hazırlanma qaydası: Şokoladlı xəmiri hazırlamaq üçün bir qabda yumurtaların üzərinə şəkər tozunu əlavə edib mikserin zəif sürətiylə çırpın. Daha sonra ən yüksək sürətiylə yaxşıca çırpın. Üzərinə bitki yağı, qabartma tozu və kakao əlavə edib mikserlə yaxşıca qarışdırın. İçliyi hazırlamaq üçün başqa bir qabda kəsmik, şəkər tozu, vanil, nişasta və yumurtanı yaxşıca qarışdırıb konditer torbasına tökün. 20x30 sm ölçülü formanı yağlayın. Şokoladlı xəmiri formaya yayıb hamarlayın. Daha sonra konditer torbasında olan içliyi zolaqlar formasında şokoladlı xəmirin üzərindən tökün. Əvəlcədən 180 dərəcə qızdırlmış sobada 30 dəqiqə bişirin.
Nuş Olsun!
Servings: 1 yield(s)