Çiyələk Mürəbbəsi

Həm görünüşünə, həm də dadına görə hər kəsin sevdiyi çiyələk mürəbbəsinin reseptini təqdim edirik. Tərkibi:
  • 1 kq çiyələk
  • 1 kq şəkər tozu
Hazırlanma qaydası: İlk öncə çiyələklərin yarpaqlarından təmizləyib yuyun. Böyük bir qabın içərisinə az-az şəkər tozu və çiyələk əlavə edin. Şəkər tozu bütün çiyələklərin üstünü örtməlidir. Çiyələklərin suyu çıxanadək 2-3 saat kənarda saxlayın. Lakin qarışdırmaq olmaz. Çiyələklərin suyu çıxdıqdan sonra vam ocaqda bişməyə qoyun. Şəkər tozu əridikdən sonra ocağın altını artırıb təxminən 30 dəqiqə bişirin. Müəllif : Lilparscake
Nuş Olsun!
Servings: 1 yield(s)