Çiyələkli Bulud Deserti

Buludlar kimi bu yüngül, xəfif desert dondurulmuş çiyələkdən hazırlanır. Bu deserti hazırlamaq çox asandır. Uşaqlar belə desertləri xüsusilə xoşlayırlar. Evdar.az yüngül çiyələkli desertin reseptini təqdim edir. Tərkibi:
  • 200 qr dondurulmuş çiyələk
  • 15 qr tez əriyən jelatin
  • 150 qr şəkər kirşanı
  • 1/2 ədəd limon
Hazırlanma qaydası: Dondurulmuş çiyələyi otaq temperaturunda gözlədin donu açılsın. Blenderlə çiyələyi şirəsiylə birgə püre halına gələnədək əzin. Bir qabda çiyələk püresinin üzərinə jelatin əlavə edib bir neçə dəqiqə şişməsini gözləyin (paketin üzərindəki göstərişlərinə əməl edin). Daha sonra şəkər kirşanı və limon suyunu da əlavə edib qarışdırın. Qabı zəif ocağa qoyub qarışdıraraq jelatin əriyənədək isidin. Ancaq qaynatmayın! Kütlə otaq temperaturunda soyudub mikserlə 5-7 dəqiqə mikserin yüksək sürətiylə çırpın. Qarışığın həcmi əhəmiyyətli dərəcədə artıb və rəngi açılıb qatılaşacaq. Kiçik ölçülü dördbucaqlı soba qəlibinin içərisinə yağlı kağız sərin və çiyələkli kütləni töküb yayın. Sərin yerdə bərkiməsi üçün bir neçə saatlıq saxlayın (üzərini örtməyin!). Bərkiyən kütləni dəzgahın üzərinə qoyub kiçik kublar formasında və ya ürək formalı qəliblə kəsin. Süfrəyə verikdə şəkər kirşanı səpə bilərsiniz.  
Nuş Olsun!
Servings: 1 yield(s)