Çöp Şişdə Pomidorlu Quzu Kababı

Kabab üçün ən dadlı, ləzzətli ət quzu ətidir. Evdar.az hazırlanması asan və bir o qədər də ləzzətli quzu kababının reseptini təqdim edir.
Nuş Olsun!
Ingredients
    Tərkibi:
  • 500 qr kiçik tikə quzu əti
  • 16 ədəd kiçik pomidor
  • Marinad üçün:
  • 1 ədəd iri baş soğan
  • 2 xörək qaşığı zeytun yağı
  • 2 diş sarımsaq
Instructions
    Hazırlanma qaydası:
  1. Əti marina etmək üçün ilk öncə soğanı rəndələyin və suyunu sıxın. Rəndələnmiş soğan suyunu bir qaba tökün, üzərinə zeytun yağı, rəndələnmiş sarmısaq, duz və istiotu əlavə edib qarışdırın. Kiçik tikələnmiş əti qarışığa əlavə edib marinad edərək 2 saatlıq soyuducuya yerləşdirin.
  2. Daha sonra çöp şişlərə bir tikə ət, bir ədəd kiçik pomidor düzün. Bu cərgəylə ətləri və pomidorları çöp şişlərə düzün və teflon (yapışmayan səthli) tavada çevirərək bişirin.
  3. Bişən quzu kababını süfrəyə göyərtiylə birlikdə verin.