Dadına Doymayacağınız Pendirli Yerkökü Salatı

Pendirli yerkökü salatı, sadəliyi və dadı ilə qəlbləri fəth edir. Cəmi bir neçə dəqiqəyə süfrənizdə ətirli, dadlı və faydalı bir salat olacaq. Evdar.az dadından doymayacağınız pendirli yerkökü salatının reseptini təqdim edir. Tərkibi:
  • 2 ədəd bişmiş yumurta
  • 4 ədəd bişmiş yerkökü
  • 2-3 diş sarımsaq
  • 70 qr pendir
  • 120 qr toyuq filesi
  • duz, istiot
  • 3 xörək qaşığı mayonez
Hazırlanma qaydası: Yumurta və yerkökünü suda bişirin. Toyuq filesini də duz əlavə edilmiş suda bişirin. Qabıqlarını təmizlədiyiniz, soyuyan yumurta və kartofu sürtgəcdən keçirin. Bişib soyuyan toyuq filesini də didin. Pendiri və sarımsağı da sürtgəcdən keçirin. Bir qabda rəndələnmiş pendir, yerkökü, yumurta, sarımsaq, toyuq filesi, duz və istiot töküb qarışdırın. Üzərinə mayonez də əlavə edib qarışdırın. Salat hazırdır!
Nuş Olsun!
Servings: 1 yield(s)