Dadlı Və Doyurucu Marqarita (Marqo) Salatı

Yields: 1 Serving

Marqarita (Marqo) salatı, toyuq və göbələkli qat-qat salatdır. Bu dadlı salat olduqca doyurucudur, buna görə də süfrədə əlavə yeməklərə ehtiyac qalmır. Evdar.az dadlı və doyurucu salatın reseptini təqdim edir.

Dadlı Və Doyurucu Marqarita (Marqo) Salatının tərkibi:

  • 200 qr toyuq filesi
  • 2 ədəd kartof
  • 300 qr konservləşdirilmiş şampinyon göbələyi
  • 1 ədəd soğan
  • 3 ədəd yumurta
  • 150 qr bərk pendir
  • 2-3 xörək qaşığı bitki yağı
  • zövqə görə duz, istiot
  • 4-5 xörək qaşığı mayonez

Dadlı Və Doyurucu Marqarita (Marqo) Salatının hazırlanma qaydası:

İlk öncə soğanı kiçik kub formasında doğrayın. Doğranmış soğanı bitki yağında açıq qızılı rəng olana qədər qızardın. Göbələklərin suyunu süzüb dilimləyin və qovrulan soğana əlavə edin. Göbələyin suyu tamamilə buxarlanana qədər bir neçə dəqiqə orta istilikdə qızardın. Bişən göbələkli soğanı ocaqdan götürüb tamamilə soyudun. Başqa bir qabda kartofu suda bişirin. Toyuq filesini duzlu suda bişirin. Bişən kartofu soyudub qabığını soyun. Soyuyan kartofu orta kub formasında doğrayın. Salatı hazırlayacağınız boşqaba kənarları açılan halqa forması yerləşdirin. Doğradığınız kartofu alt təbəqəyə düzün. Üzərinə duz, istiot səpib mayonez yaxın. Bişib soyuyan toyuq filesini kiçik kub formasında doğrayıb kartofun üzərinə yayıb mayonez yaxın. Soyuyan göbələkləri də düzüb mayonez yaxın. Yumurta suda bişirib qabığını soyun. Soyuyan yumurtanı sürtgəcdən keçirib duz, istiot səpib mayonez yaxın. Ən son qat üçün bərk pendiri sürtgəcdən keçirib salatı bəzəyin. Mayonezlə örtməyə ehtiyac yoxdur! Salatı 30 dəqiqəlik soyuducuya yerləşdirin. Süfrəyə verdikdə üzərini göyərti ilə bəzəyə bilərsiniz.

Nuş olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir