Dünyaya Səs Salan Yapon Pambıq Biskviti

Yields: 1 Serving

Yapon biskviti inanılmaz dərəcədə pambıq kimi yumşaq, yüngül və ləzzətlidir. Asiyada daha çox yayılmış bu biskvitin tərkibi çox sadədir. Evdar.az dünyaya səs salan yapon pambıq biskvitinin reseptini təqdim edir.

Tərkibi:

  • 2 ədəd yumurta
  • 70 qr şəkər tozu
  • 1 xörək qaşığı bal
  • 2 xörək qaşığı su
  • 70 qr un
  • 1 çay qaşığı günəbaxan yağı və ya zeytun yağı
  • zövqə görə duz

Hazırlanma qaydası:

İlk öncə şəkər tozunu qəhvəüyüdənlə kirşan (pudra ) halına gələnədək üyüdün. Daha sonra yumurtanın ağını sarısından ayırın. Bir qabda yumurta ağının üzərinə üyütdüyünüz şəkər kirşanını töküb mikserlə 3 dəqiqə çırpın.Yumurta sarısının da üzərinə çimdik duz əlavə edib mikserlə çırpın. Çırpdığınız yumurta ağı kütləsini yumurta sarısı kütləsiylə birləşdirin. Üzərinə unu ələyin və qarışdırın. İsti suya balı qarışdırıb unlu kütləyə əlavə edib 1 dəqiqə mikserlə çırpın. Hazır kütləni süzgəzdən keçirin və yağlanmış formaya tökün. Əvvəlcədən qızdırılmış sobada 12 dəqiqə bişirin.

Nuş Olsun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir