E Vitaminiylə Zəngin Fındıq Mürəbbəsi

Azərbaycan mətbəxində fındıq yalnız çərəz kimi, şirniyyata əlavə etmək üçün istifadə olunmur. Fındıqdan həm də dadlı və ecazkar bir mürəbbə hazırlanır. Bu dadlı və faydalı mürəbbədən gün ərzində 30 qr qəbul etmək E vitamini ehtiyacını ödəyir, bədənə güc və enerji verir, zehni və fiziki yorğunluğu aradan qaldırır. Evdar.az faydalı fındıq mürəbbəsinin reseptini təqdim edir. Tərkibi:
  • 3 kq təmizlənmiş fındıq ləpəsi
  • 1 kq şəkər tozu
  • yarım stəkan su
  • 3 çay qaşığı sarıkök
Hazırlanma qaydası: Fındıqları soba sinisinə töküb əvvəlcədən 160 dərəcə qızdırılmış sobada arabir qarışdıraraq 10 dəqiqə qovurun. Və ya tavada qarışdıraraq yüngül qovurun. Qovrulan fındıqları azca isladılmış təmiz mətbəx dəsmalının üzərinə töküb üstünü örtün. 5 dəqiqədən sonra dəsmalın arasında olan fındıqları yaxşıca ovun ki, qabıqları soyulsun. Daha sonra təmiz fındıq ləpəsini bir qaba tökün. Siropu hazırlamaq üçün şəkər tozunun üzərinə su əlavə edib qaynadın. Üzərinə fındıqları da əlavə edib zəif ocaqda təxminən 20 dəqiqə bişirin. Mürəbbə qatılaşmağa başladıqda sarıkök də əlavə edib daha 5 dəqiqə qaynadın. Hazır mürəbbəni streliziə olunmuş bankalara doldurub qapağını bağlayın.
Nuş Olsun!
Servings: 1 yield(s)