Evə Gələn Əziz Qonaqlar Üçün Unudulmuş “Qaysava”

Yields: 1 Serving

Qaysava (Qaysaba, Qeysefa) -qədim və demək olar ki, unudulmuş yeməklərimizdən biridir. Qaysava əsasən tünd ərikdən, qaysıdan hazırlanır, ancaq bəzi bölgələrdə xurma, əncir mürəbbəsindən də istifadə olunur. Bu yemək o vaxtlar evə gələn əziz qonaqlara verilərmiş. Əsasən səhər yeməyində yeyilən bu yemək olduqca kalorili olduğu üçün insanları tox saxlayırmış. Evdar.az qaysavanın reseptini təqdim edir.

Evə Gələn Əziz Qonaqlar Üçün Unudulmuş “Qaysava”nın tərkibi:

  • 500 qr təzə yetişmiş ərik
  • 50 qr kərə yağı
  • 2 xörək qaşığı şəkər tozu

Evə Gələn Əziz Qonaqlar Üçün Unudulmuş “Qaysava”nın hazırlanma qaydası:

İlk öncə ərikləri yuyub qazana yığın. Əriklərin üzərinə çıxacaq qədər su töküb ocağa qoyun. Kərə yağı və şəkər tozu əlavə edib zəif odda yağa düşənə qədər bişirin. Bəzi bölgələrdə üzərinə darçın və qoz səpilərək süfrəyə verilir. Hətta üzərinə yumurta vuraraq yeyilən bir yeməkdir. Qaysava adətən çörəklə yeyilir və çox dadlıdır.

Əgər qurudulmuş qaysıdan istifadə edəcəksinizsə, yumşalması üçün əvvəlcədən islağa qoymaq lazımdır. Yumşalmış qaysıları qızdırılmış kərə yağında hər iki tərəfi yumşalana qədər bişirin.Üzərinə şəkər tozu səpin və zövqə görə doğranmış qoz da əlavə edə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir