Ev Şəraitində Dadlı Marşmellou

Yields: 1 Serving

Marşmellou ( Marshmallow)-Amerikaya məxsus yumşaq dadlı zefirdir. Evdar.az-ın təqdim etdiyi reseptlə ev şəraitində dadlı marşmelou hazırlaya bilərsiniz.

Tərkibi:

  • 4 stəkan şəkər tozu
  • 2 qr limon duzu
  • 550 ml qaynanmış su
  • 1,5 qr soda
  • 25 qr jelatin
  • 1/4 çay qaşığı duz

Hazırlanma qaydası:

İlk öncə şərbət hazırlanmalıdır. Bunun üçün bir qazanda 350 qr şəkər tozu və 150 ml suyu qarışdıraraq ocaqda qaynadın. Qaynamağa başlayan şərbətə limon duzu əlavə edib qapağını örtün və 45 dəqiqə zəif ocaqda qaynadın. Şərbəti ocaqdan götürüb soyudun və üzərinə 1 qaşıq suda həll edilmiş sodanı əlavə edin. Reaksiya bitənə qədər gözləyin (10-15 dəqiqədən sonra),daha sonra kütləni qarışdırın. Nəticədə xoş rəngli və qoxulu bir şərbət alınacaq, konsistensiyası ilə balı xatırladacaq.

Jelatini yarım stəkan suda həll edin, şişməsi üçün 30 dəqiqə kənarda saxlayın. Qalan suya şərbət, duz və şəkər tozu əlavə edin. Arabir qarışdıraraq qaynadın. Daha sonra şərbəti zəif odda 8 dəqiqə saxlayın (o dəqiqə qarışdırmayın!)

Mikrodalğalı sobada jelatini qızdırın (30-40 saniyə), sonra aşağı sürətlə mikserlə çırpın. Çırpma prosesini dayandırmadan jelatinə isti şərbət əlavə edin. Bütün şərbət əlavə edildikdən sonra çırpmaq sürətini artırın və daha 10-15 dəqiqə çırpmağa davam edin. Prosesin gedişində kütlə çırpılmış yumurta ağına bənzər ağaracaq. Ümumiyyətlə, mastika üçün belə bir marshmallowa ehtiyacınız varsa, bu vəziyyətdə dayana bilərsiniz.
Tam olaraq zefir istəsəniz, onda bir qəlib götürün və günəbaxan yağı ilə yağlanmış bir streç salafanla örtün. Streç salafanın kütləni örtmək üçün bir kənarı olmalıdır. Kütləni qəlibə qoyun, üzərini streç salafanla örtüb 1 gecəlik soyuducuya yerləşdirin.

Soyuyan kütləni soyuducudan çıxarın və kub formasında kəsin. Zefir şəkər kirşanı və kartof nişastasının qarışığına bulayın ( bulamamışdan əvvəl ələyin).

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir