Ev Şəraitində KFC-dəki Kimi Qızardılmış Toyuq Qanadı

Yields: 1 Serving

KFC restoran şəbəkəsində zövq alaraq yediyiniz xırtıldayan və ədviyyatlı toyuq qanadlarını ev şəraitində hazırlaya bilərsiniz. Evdar.az dünyaca məşhur qızardılmış toyuq qanadlarının reseptini təqdim edir.

Tərkibi:

  • 6-7 ədəd toyuq qanadı

Marinad üçün:

  • 20 ml bitki yağı
  • 100 ml su
  • 2 xörək qaşığı pul bibər
  • 1 çay qaşığı istiot
  • 1 xörək qaşığı duz
  • 1 xörək qaşığı şəkər tozu

Bulamaq üçün:

  • 160 qr un
  • 80 qr nişasta
  • 2 xörək qaşığı pul bibər
  • 1 çay qaşığı istiot
  • 1 xörək qaşığı şəkər tozu
  • 1 xörək qaşığı duz
  • 1 çay qaşığı acı bibər tozu

Hazırlanma qaydası:

İlk öncə toyuq qanadlarını 3 hissəyə ayırın (ən kiçik hissəsi lazım olmayacq) Doğradığınız toyuq qanadlarını dərin bir qaba qoyub üzərinə bitki yağı, su, duz, istiot, şəkər tozu və pul bibər tölüb yaxşıca qarışdırın. Qabın üzərini streç salafanla örtün 2 saatlıq marinad olması üçün soyuducuya yerləşdirin.
Bir qabda un, nişasta, pul bibər, istiot, şəkər tozu, duz və acı bibər tozunu qarışdırın. Toyuq qanadlarını unlu qarışığa bulayın. Dərin bir qaba su töküb unlu qarışığa bulanmış toyuqları yarım dəqiqəlik suya salıb çıxarın. Yenidən unlu qarışığa bulayıb dərin bir qazanda bol yağda yaxşıca qızardın (təxminən 10 dəqiqə). Bu qaydayla bütün qanadları qızardıb süfrəyə verə bilərsiniz. Fast food restoranlarındakı kartofları unutduracaq ən dadlı və xırçıldayan kartof qızartmasını hazırlamaq istəyirsinizsə Evdar.az-ın təqdim etdiyi bu reseptlə hazırlamağı tövsiyyə edirik.

Ev Şəraitində KFC-dəki Kimi Qızardılmış Toyuğun resepti bu məqalədə..

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir