Ev Şəraitində Sərinləşdirici “Çiyələkli Moxito”

İlk dəfə Kubada hazırlanan Moxitonu restoranlarda fərqli siroplar və meyvə dadları ilə hazırlayırlar. Evdar.az bu gün sizlərə ev şəraitində Çiyələkli Moxitonun hazırlanma qaydasını təqdim edir. Tərkibi:
  • "Sprite" limonadı
  • limon
  • laym
  • çiyələk
  • nanə yarpaqları
Hazırlanma qaydası: Moxitonun hazırlayacağınız sürahiyə limonadı tökün.  Üzərinə limon və laym dilimlərini, çiyələk, nanə yarpaqlarını da əlavə edin. Qalan limonadı da töküb çəngəllə yaxşıca qarışdırın. İsti yay günlərində sərinləşdirici içkiniz hazırdır.
Nuş Olsun!
Servings: 1 yield(s)