Ev Şəraitində Süd Karameli-Dulse De Leçe

Yields: 1 Serving

Dulce da Leche çörəyə yaxılaraq yeyilən, şirniyyatların üzərinə sous olaraq istifadə edilən süd karamelidir. Dulce -şirin, Leche isə süd deməkdir. Bal konsistensiyasında, dadı isə südlü konfetləri xatırladır. Evdar.az ev şəraitində süd karameli Dulse De Leçenin hazırlanmasını təqdim edir.

Tərkibi:

  • 1 lt süd
  • 1 stəkan qəhvəyi şəkər tozu
  • 1 çay qaşığı soda
  • 1 vanil çubuğu

Hazırlanma qaydası:

Bir qazana süd və şəkər tozu töküb ocağa qoyun. Süd qaynayıb qabarmağa başladıqda sodanı əlavə edin. Qaynayan süd qabardıqca taxta qaşıqla qarışdırıb qabarıqlığını söndürün. Ocağı zəiflədib vanil çubuğunu əlavə edin. Arabir taxta qaşıqla qarışdırmağa davam edin. Dulce de leçeniz konsistensiyasını tutmağa başladıqda vanil çubuğunu çıxarın. Təxminən 50-60 dəqiqə sonra. Süd karameli karamelizə rəng olacaq və qatılaşacaq. Bu müddət təxminən 2 saatı keçəcək. Ocağı söndürdükdən sonra qazan karamel soyuyanadək arabir taxta qaşıqla qarışdırın. Soyuyan süd karamelini bankaya töküb soyuducuda təxminən 1 ay saxlaya bilərsiniz.

Hazır dulce de lecheni dondurma, biskvit, peçenye, çizkeyk və tortların üzərinə sous kimi yaxa bilərsiniz. Və ya çörəyin üzərinə yaxıb yeyə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir