Ev Şəraitində “Quş Südü” Konfeti

Quş südü konfeti- tünd şokoladla örtülmüş zərif və ləzzətli  sufle kvadratlarıdır. Bu inanılmaz dərəcədə dadlı konfeti ev şəraitində də hazırlaya bilərsiniz. Bu resepti sınadıqdan sonra artıq mağazadan almayacaqsınız. Evdar.az ev şəraitində quş südü konfetinin reseptini təqdim edir. Tərkibi:
  • 200 qr kərə yağı
  • 100 qr qatılaşdırılmış süd
  • 8 qr aqar-aqar
  • 140 ml su
  • 300 qr şəkər tozu
  • 60 qr yumurta ağı
  • 200 qr tünd və ya südlü şokolad
  • 40 kakao yağı
Hazırlanma qaydası: Otaq temperaturunda yumşaldılmış kərə yağını qatılaşdırılmış südlə qatı krem halına gələnədək mikserlə çırpın. Kiçik qazançada aqar-aqarı suyla qarışdırıb zəif ocağa qoyun. Qaynamağa başladıqda 1 dəqiqə qaynadın və üzərinə şəkər tozunu əlavə edib 110 dərəcəyə gələnə qədər qarışdırın. Ocaqdan götürüb azca soyudun. Bir qabda yumurta ağını yaxşıca çırpın.Çırpmağı dayandırmadan ilınan siropu az-az əlavə edin. Çırpdığınız kütlə artıqda,merengi halına gəldikdə yağlı kremi də əlavə edib mikserin aşağı sürətiylə qarışdırın. 24x24 sm ölçülü qəlibə streç salafan sərin və kütləni töküb yayın. Qəlibi soyuducuya yerləşdirin. Tamamilə soyuyan sufleni taxta dəzgahın üzərinə qoyub kvadrat formasında doğrayıb yenidən soyuducuya yerləşdirin. Şokoladı xırdalayıb üzərinə kakao yağı əlavə edib su hamamında və ya mikrodalğalı sobada əridin. İlınan şokolada soyuducudan çıxartdığınız sufleləri batırıb artıq şokoladı süzün. Şokoladı bulanmış sufleləri yağlı kağızın və ya silikon xalçanın üzərinə düzün. Üzərini zövqə görə kokos qırıntıları və xırdalanmış araxislə bəzəyə bilərsiniz. Bu qaydayla bütün sufleləri şokolada bulayın və bərkiməsi üçün soyuducuya yerləşdirin.
Nuş Olsun!
Servings: 1 yield(s)