Ev Şəraitində Təbii Meyvə Suyu

təbii-meyvə-suyu
Yields: 1 Serving Difficulty: Easy

Yüksək qida dəyərinə malik olan Ərik (qaysı) A, B, C, E vitaminlərinin tərkibinə əlavə olaraq dəmir, kalsium, fosfor, maqnezium və lif anbarıdır. Yaş və quru olaraq istifadə edilən qaysı həzmi asanlaşdırır, toxluq hissi yaradır, çəkinin nəzarətinə köməkçi olur və qəbizliyə yaxşı təsir edir.  Antioksidant xüsusiyyəti ilə də bədəni sağlam saxlayaraq xəstəliklərdən qoruyur. Sağlamlığa bir çox faydası olan bu meyvənin  Evdar.az  ev şəraitində təbii hazırlanma qaydasını təqdim edir.

Təbii Meyvə Suyunun tərkibi:

  • 1kq ərik (qaysı)
  • 1.5-2 stəkan şəkər tozu
  • 8 stəkan su

Təbii Meyvə Suyunun hazırlanma qaydası:

İlk öncə ərikləri yuyun, ikiyə bölüb tumunu çıxarın. Bir qazana ərikləri töküb üzərinə əriklərin üstünü örtəcək qədər su tökün. Qazanı ocağa yerləşdirib əriklər yumşalanadək bişirin. Bişən ərikləri blenderlə qazanda püre halına gətirin. Üzərinə 8 stəkan su və 1,5-2 stəkan şəkər tozu töküb qarışdırın. Şəkər tozunu zövqünüzə görə azaldıb artıra bilərsiniz. Yenidən 5-10 dəqiqə qaynadın. Hazır meyvə suyunu soyuducuya yerləşdirib soyuq halda içə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir