Ev Şəraitində Tavada Lahmacun

Kafelərdə, restoranlarda yediyiniz o ləzzətli lahmacunu evdə sobada hazırlamaq zəhmətli bir iş kimi görünür. Bu reseptlə lahmacunu sobada yox tavada asan hazırlaya billəcəksiniz. Evdar.az ev şəraitində sobasız, tavada lahmacunun reseptini təqdim edir. Tərkibi: Xəmiri üçün:
  • 5 stəkan un +3 xörək qaşığı un
  • 2 stəkan su
  • 1 çay qaşığı duz
İçlik üçün:
  • 350 qram dana qiymə
  • 3 ədəd yaşıl bibər
  • 2 ədəd kapya bibər
  • 2 ədəd soğan
  • 2 ədəd pomidor
  • 1/2 dəstə cəfəri
  • 1 çay qaşığı duz
  • 1,5 çay qaşığı istiot
  • 1,5 çay qaşığı qırmızı bibər tozu
  • 1,5 çay qaşığı pul bibər
  • 1 çay qaşığı pomidor tomatı
  • 1 çay qaşığı şirin bibər tomatı
  • 2 xörək qaşığı maye yağ
Hazırlanma qaydası: Xəmiri üçün bir qabda un, duz və suyu qarışdırıb 10 dəqiqə hamar bir xəmir konsistensiyasına gələnə qədər yoğurun. Xəmirin üzərini təmiz bir mətbəx dəsmalıyla örtüb və ya streç salafan keçirib 30 dəqiqə kənara qoyun. Lahmacunun içliyi üçün soğan, yaşıl bibər, kapya bibər və pomidorları kiçik-kiçik doğrayın. Cəfərini də xırda doğrayın. Bir qabda doğradığınız bütün tərəvəzləri, qıyməni və içi üçün bütün ədviyyatları qarışdırın. Xəmiri 11 ədəd kündələrə ayırın və birini açana qədər digərlərinin qurumaması üçün üzərlərini örtün. Tavanı zəif ocaqda isidin və azca un səpin. Kündəni yüngül unlayaraq oxlovla nazik yayın. Qiyməli içlikdən 2.5 xörək qaşığı xəmirin orta hissəsinə qoyun və kənarlarında bir az boşluq buraxaq barmaq uclarınızla içliyi yayın. Lahmacunu isidilmiş tavaya yerləşdirin və zəif ocaqda qapağı bağlı şəkildə 5 dəqiqə bişirin. Daha sonra qapağını açıb 4-5 dəqiqə bişirin. Qalan kündələri də eyni bu qaydayla hazırlayıb bişirin. Lahmacunlar süfrəyə isti halda verilir. VACİB QEYD: Əgər bişdikdən sonra hamısı yeyilməyəcəksə ara qatlarına kiçik yağlı bişirmə kağızları yerləşdirərək soyuducu paketinə qoyub soyucuda saxlaya bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)