Fantastik Pizza-Hamburger

Yields: 1 Serving

Fast food sevənlər üçün fantastik bir resept. 2 yeməyin birləşməsi unudulmaz bir dad verir. Xəmirin içərisinə hamburger və xaricində ətirli pizza. Evdar.az pizza-hamburger reseptini təqdim edir.

Tərkibi:

Xəmir üçün:

  • 450 qr un
  • 250 ml isti su
  • 20 qr maya
  • 2 xörək qaşığı bitki yağı
  • 1 çay qaşığı şəkər tozu
  • 1 çimdik duz

İçlik üçün:

  • 400 qr qiymə
  • 50 qr kolbasa (salyami)
  • 70 qr bərk pendir (Holland pendiri)
  • 2 ədəd duzlu xiyar turşusu
  • 4 dilim pomidor
  • 2 ədəd zeytun
  • 1 çimdik oreqano ədviyyatı (qaraqınıq)
  • zövqə görə ketçup, mayonez

Hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün ilk öncə isti suyun içərisinə şəkər tozu töküb qarışdırın ərisin. Üzərinə yağ və maya əlavə edib qarışdırın. Mayanın köpüklənməsi üçün kənarda saxlayın. Daha sonra bir qaba 200 qr un tökün və üzərinə mayalı qarışığı əlavə edib yaxşıca qarışdırın. Qalan unu (250 qr ) və duzu da əlavə edib 2-3 dəqiqə əllə xəmir yoğurun. Xəmiri büküb 60-90 dəqiqəlik mayalanması üçün kənara qoyun.
İçliyi hazırlamaq üçün qiymədən 4 ədəd kotletlər hazırlayıb qızardın. Duzlu xiyarı, kolbasanı və pendiri nazik dilimləyin.
Mayalanan xəmirdən dəzgahın üzərində 1 sm qalınlığında düzbucaqlı şəkildə yayın və bərabər iki hissəyə bölüb kəsin. Düzbucaqlı xəmirin orta hissəsinə 1-1,5 çay qaşığı ketçup və mayonez yaxın. Üzərinə 2 dilim pomidor yerləşdirin. Eyni qaydayla digər xəmiri də ketçup, mayonez yaxıb pomidor düzün. Pomidorların üzərinə nazik dilimlənmiş duzlu xiyar turşusun düzün. Xiyar turşusunun üzərindən qızartdığınız 1 ədəd kotlet və 2 dilim pendir düzün. Daha sonra yenidən 1 ədəd kotlet qoyub xəmiri bükün. Bükdüyünüz qamburgeri çevirərək yağlı kağız sərilmiş soba sinisinə yerləşdirin. Bükülmüş qamburlerin üzərinə ketçup yaxıb dilimlənmiş kolbasa düzün. Kolbasanın üzərindən pendir dilimlərini düzün və oreqano ədviyyatı və doğranmış zeytun səpin. Pizza-qamburgeri əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Bişən pizza-qamburgeri sobadan götürüb azca soyudun və süfrəyə sərin içkiylə birlikdə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir