Faydalı Və Sərinləşdirici Reyhan Şərbəti

Reyhan şərbəti sərinləşdirici və faydalı bir içkidir. Evdar.az hazırlanması asan olan dadlı və faydalı reyhan şərbətinin reseptini təqdim edir.. Tərkibi:
  • 1 dəstə reyhan
  • 8 stəkan qaynar su
  • 1stəkan şəkər tozu
  • 1 çay qaşığı limon duzu
  • 1 xörək qaşığı hibiskus (Məkkə gülü)
  • 1 ədəd darçın çubuğu
  • 3-4 ədəd mixək
Hazırlanma qaydası: Reyhanı yaxşıca yuyub əlinizlə bir neçə yerə bölün. Qrafin su qabına reyhanı, hibiskus,darçın çubuğu, mixək dənələri və şəkər tozunu tökün. Üzərinə qaynar suyu töküb qarışdırın. Şəkər tozu əridikdən sonra üzərinə limon duzunu əlavə edib soyuması üçün kənara qoyun. Limon duzu tökdükdən sonra rəngi qızaracaq. Kənarda soyuduqdan sonra süzüb soyuducuya yerləşdirin. Hazır reyhan şərbətini soyuq halda və ya içərisinə buz parçaları töküb süfrəyə verə bilərsiniz.
Servings: 1 yield(s)