Faydalı Yaz Salatı

Yaz ayları orqanizmi vitaminlərlə zənginləşdirməyin vaxtıdır. Evdar.az doyurucu və faydalı yaz salatının reseptini təqdim edir. Tərkibi:
  • 2-3 ədəd pomidor
  • 500 qr toyuq filesi
  • 150 qr bərk pendir
  • 1 banka konservləşdirilmiş qırmızı lobya (400 qr)
  • kahı yarpaqları
  • suxari (çörək qurusu)
  • mayonez və ya xama
Hazırlanma qaydası: Konservləşdirilmiş qırmızı lobya əvəzinə özünüz ev şəraitində lobyanı bişirə bilərsiniz. Pomidoru kiçik kub formasında doğrayın. Kahını doğrayın və pendiri rəndələyin. Toyuq filesini kiçik kub şəklində doğrayın və tavada zəif ocaqda 20 dəqiqə suyu çəkilənədək bişirin. Dərin bir qabda doğranmış kahı, pomidor, toyuq filesi, rəndələnmiş pendir və qırmızı lobyanı qarışdırın. Üzərinə mayonez və ya xama əlav edib qarışdırın. Salatı süfrəyə verdikdə üzərinə suxari səpin.  
Nuş Olsun!
Servings: 1 yield(s)