Görünüşü Heyranedici Gilas Peçenyesi

Görünüşü heyranedici və asan hazırlanan peçenye. Evdar.az ləzzətli gilas peşenyesinin reseptini təqdim edir. Tərkibi:
  • 250 qr kərə yağı və ya marqarin yağı
  • 9 qəhvə fincanı un
  • 3 qəhvə fincanı şəkər kirşanı
  • 1 çay qaşığı qırmızı qida boyası
  • apardığı qədər fındıq
  • gilas saplağı
Bulamaq üçün şəkər tozu Hazırlanma qaydası: Bir qabda yağ, un və şəkər kirşanını qarışdırıb xəmir yoğurun. Xəmirdən gilas böyüklüyündə kündələr qoparıb ovucunuzun içərisində açın. Kündənin orta hissəsinə bir ədəd bütöv fındıq qoyub xəmiri yuvarlayıb gilas forması verin. Xəmirə gilas saplağını batırın və əvvəlcədən 175 dərəcə qızdırılmış sobada bişirin. Bir qabda su və qida boyasını qarışdırın. Bişən peçenyeləri isti-isti rəngli suya batırın və şəkər tozuna bulayın.
Nuş Olsun!
Servings: 1 yield(s)