Görünüşü İlə Göz Oxşayan Şokoladlı, Albalılı Tort

Yields: 1 Serving Difficulty: Medium

Bu tortun mükəmməl görünüşü və dadı uzun müddət qonaqlarınızın yaddaşında qalacaq. Evdar.az görünüşü ilə göz oxşayan ləziz şokoladlı, albalılı tortun reseptini təqdim edir.

Tərkibi:

Şokoladlı biskvit üçün:

  • 200 qr şəkər tozu
  • 125 qr un
  • 1/2 stəkan kakao
  • 1 çay qaşığı soda
  • 1/2 çay qaşığı qabartma tozu
  • 1/2 çay qaşığı duz
  • 1/2 çay qaşığı Espresso qəhvə tozu
  • 60 qr tünd şokolad
  • 1/4 stəkan isti su
  • 1 xörək qaşığı konyak
  • 1 çay qaşığı vanil ekstraktı
  • 1 ədəd yumurta
  • 1 ədəd yumurta sarısı
  • 1/2 stəkan kefir
  • 1/3 stəkan bitki yağı

İsveç merengi (beze) üçün:

  • 4 ədəd yumurta ağı
  • 1 stəkan şəkər tozu
  • 1/4 stəkan Maraschino likörü
  • 1 çimdik duz
  • 1 1/2 stəkan kərə yağı  (otaq temperaturunda yumşaldılmış)
  • 1 xörək qaşığı vanil ekstraktı
  • 1/2 çay qaşığı badam ekstraktı
  • 1 xörək qaşığı konyak
  • 85 qr tünd şokolad

Hazırlanma qaydası:

Şokoladlı biskviti hazırlamaq üçün bir qabda 150 qr şəkər tozu, un, kakao, qabartma tozu, soda, duz və espresso tozunu qarışdırın.

Başqa bir qaba 50 qr şəkər tozunu və şokoladı qoyun. Üzərinə qaynar su (1/4 stəkan ) töküb 30 saniyə kənarda saxlayın. Daha sonra eynikütləli cins alınanadək yaxşıca qarışdırın. Bir az soyuyan kütləyə vanil və konyak əlavə edib yaxşıca çırpın.

Geniş bir qabda bütöv yumurta və yumurta sarısı köpüklənənədək çırpın. Üzərinə kefir və bitki yağı əlavə edib yenə çırpın. Soyumuş şokolad qarışığını da əlavə edib yaxşıca çırpın. Quru qarışıqları da əlavə edib qarışdırın.

Biskvit xəmirini yağlı kağız sərilmiş, yüngül yağlanmış baton keks qəlibinə yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20-30 dəqiqə bişirin. Çöplə bişməyini yoxlayaraq sobadan çıxara bilərsiniz. Sobadan çıxardığınız biskviti soyuması üçün dəmir torun üzərinə yerləşdirin.

İsveç Merengi (beze) üçün mikserin qabında yumurta ağı, şəkər tozu, duz və Maraschino likörünü qarışdırın. Mikserin qabını su hamamına yerləşdirin. Qarışığı su hamamında şəkər əriyənədək dayanmadan çırpın. İlınan kütləni su hamamından götürərək mikserlə çırpmağa davam edin. Mikser orta sürətlə işləyərkən sürəti artıraraq 1 dilim otaq temperaturunda yumşaldılmış kərə yağını əlavə edin. Kərə yağı tamamilə çırpıldıqda 2-ci dilim kərə yağını da əlavə edin. Çırpdığınız kütləyə vanil, badam ekstraktı və konyakı əlavə edib qarışana qədər yaxşıca çırpın. Hazır bezeni 2 qaba ayırın. Bir qabda ayırdığınız bezeyə ilıq şokolad əlavə edib yaxşıca qarışdırın. Ayırdığınız digər bezenin üzərinə çəhrayı qida boyası əlavə edib rəng qarışanadək yaxşıca qarışdırın.

Soyuyan biskviti iki hissəyə ayırın. Şokoladlı bezeni ara qatlarına yayaraq biskvitləri üst-üstə düzün. Üzərinə çəhrayı rəng qida boyası əlavə olunmuş bezeni yaxın. Konditer torbasına bezedən doldurub tortun üzərinə gül şəkli verə bilərsiniz. Hər gülün üzərinə saplaqlı Maraskin albalısı düzün.

Tortu dilimləyərək süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Qeyd: Maraschino- Yuqoslaviyada və İtaliyada yetişən Maraska albalısından hazırlanan bir albalı likörüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir