İkisi Birində- Şokoladlı Keks-Çizkeyk

Keks ya çizkeyk hazırlamaq istəyirsiniz, ancaq seçim edə bilmirsiniz? Zərif kəsmikli şokoladlı keks-çizkeyk bir fincan çay və ya qəhvəyə xoş bir əlavə olacaqdır. Evdar.az asan hazırlanan şokoladlı keks-çizkeykin reseptini təqdim edir. Tərkibi: Şokoladlı keks üçün:
  • 240 qr un
  • 120 qr xama
  • 3 ədəd yumurta
  • 90 qr tünd şokolad
  • 150 qr şəkər tozu
  • 90 qr kərə yağı
  • 45 qr kakao
  • 1, 5 çay qaşığı qabartma tozu
Kəsmikli hissə üçün:
  • 160-200 qr kəsmikli pendir
  • 1 ədəd yumurta
  • 30 qr un
  • 60 qr şəkər tozu
Qlazur üçün:
  • 30 qr tünd şokolad
  • 30 qr kərə yağı
Hazırlanma qaydası: Şokoladlı xəmiri hazırlamaq üçün şokoladı kərə yağıyla əridin. Üzərin şəkər tozu əlavə edib qarışdırın. Alınan qarışığı mikserin qabına tökün. Xamanı və yumurtları bir-bir əlavə edib mikserlə yaxşıca çırpın. Başqa bir qabda un, kakao və qabartma tozunu qarışdırıb kütləyə hissə-hiss əlavə edib qarışdırın. Kəsmikli hissəni hazırlamaq üçün kəsmikli pendiri şəkər tozuyla mikserlə qarışdırın. Üzərinə yumurta və unu əlavə edib qarışdırın. Diametri 20-22 sm mərkəzi boş olan qəlibə şokoladlı xəmirin yarısını töküb yayın. Üzərindən kəsmikli kütləni də yayın. Qalan şokoladlı xəmiri də üzərindən yayıb əvvəlcdən 180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin. Hazır keks-çizkeyki qəlibdən çıxarıb soyudun. Qlazuru hazırlamaq üçün bir qabda şokolad və kərə yağını su hamamında və ya mikrodalğalı sobada əridib qarışdırın. Soyuyan keksin üzərindən qlazuru tökün.
Nuş Olsun!
Servings: 1 yield(s)