İmmunitet Üçün Faydalı Konserv-Təzə Sarımsaq Şorabası

Təzə sarımsaqdan qış üçün əla ədviyyatlı bir qəlyanaltı. Bu şoraba yaz ayının sonlarında hazırlanmalıdır. Yaz aylarında sarımsağın sapları hələ yumşaq, şirəli və yaşıl olur. Təzə sarımsaq şorabası immunitet üçün də faydalıdır. Evdar.az təzə sarımsaq şorabasının reseptini təqdim edir. Tərkibi:
  • 2 dəstə təzə sarımsaq zoğu
  • 1 dəstə cəfəri
  • 1 xörək qaşığı duz
  • 1 çay qaşığı şəkər tozu
  • yarım litrlik bankaya 1 xörək qaşığı 9%-lik uksus
  • 1 litr su
Hazırlanma qaydası: İlk öncə sarımsağın yaşıl, şirəli zoğ hissəsini yaxşıca yuyun. Quru yarpaqları varsa kəsib atın. Sarımsağı bankaya sığdırmaq üçün doğrayın. Doğradığınız sarımsaqları bankalara yerləşdirin. Qazana su tökün. Üzərinə duz, şəkər tozu və yuyulmuş cəfəri (və ya şüyüd)töküb ocağa qaynamağa qoyun. Qaynamağa başladıqda ocaqdan götürün və üzərinə uksus tökün. Qarışdırdıqdan sonra bankalara bölüşdürün.Bankaların qapağını yaxşıca bağlayın və ya zakatkalayın. Bankaları tərs çevirib üzərinə qalın adyal örtüb 1 gecə saxlayın. Bu faydalı şorabanı yeməklərin yanında süfrəyə verə bilərsiniz. ya
Nuş Olsun!
Servings: 1 yield(s)