İnanılmaz Dadlı Və Ətirli “Qarmoşka” Çörək

Qrildə bişən ət yeməklərinin yanına inanılmaz dadlı və ətirli "qarmoşka" çörəklər hazırlaya bilərsiniz. Bu dadlı çörəyi əlinizlə qopararaq yeyə bilərsiniz. Evdar.az ətirli çörəyin reseptini təqdim edir. Tərkibi:
  • 275 qr un
  • 100 ml süd
  • 2 qr duz
  • 10 qr şəkər tozu
  • 8 qr maya
  • 1 ədəd yumurta
  • 50 qr kərə yağı
  • 70 qr pesto sousu
Hazırlanma qaydası: Unu bir qaba ələyib, üzərinə maya əlavə edib qarışdırın. Şəkər tozu, yumurta, süd, əridilmiş kərə yağı və duzu əlavə edib yumşaq xəmir yoğurun. Qabın üzərinə streç salafan örtüb isti yerdə 1 saatlıq mayalanmağa qoyun. Mayalanan xəmiri dəzgahın üzərinə 5 mm qalınlığında düzbucaqlı formada yayın. Daha sonra pizza bıçağıyla 4 düz zolaqlar kəsin. Zolaqlara pesto sousu yaxın (və ya digər içlik ). Zolaqları bir-birinin üstünə qoyub bərabər hissələrə kəsin. Alınan hissələri bir-birinin üstünə qoyub qəlibə yerləşdirin. Üzərini salfetlə örtüb 45 dəqiqəlik isti yerdə saxlayın. Əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.
Nuş Olsun!
Servings: 1 yield(s)