İnanılmaz Ləzzətli Şuşa Qalyası

Qarabağın hər bir bölgəsinin özünəməxsus təamları var. Qarabağ mətbəxinin tərkib hissəsi olan Şuşa mətbəxinin ləziz yeməkləri mövcüddür. Şuşa mətbəxi zənginliyi və özünəməxsusluğu ilə seçilir. Evdar.az dadlı Şuşa Qalyasının reseptini təqdim edir. Tərkibi:
  • 3 ədəd quzu budu
  • 1 ədəd böyük ölçülü heyva
  • 12 ədəd albuxara
  • 20 ədəd bişmiş şabalıd
  • 1 stəkan bişmiş noxud
  • 1 ədəd böyük ölçülü və 1 ədəd kiçik ölçülü soğan
  • kərə yağı
  • çimdik zəfəran
  • nar suyu
  • zövqə görə duz
Hazırlanma qaydası: Quzu budlarını bir qazana yerləşdirib üzərini keçəcək qədər su doldurun. Qazana duz və kiçik soğan əlavə edib bişirin. Bişən ətləri sudan çıxarıb suyunu süzüb ayırın. Kərə yağını tavada əridib və ya ərinmiş kərə yağında yarımhalqa doğranmış soğanları yüngül duz səpib qızardın. Süzdüyünüz ət suyunu qazana töküb, üzərinə ətləri yerləşdirin. Daha sonra üzərinə doğranmış heyva dilimləri, bişmiş noxud, bişmiş şabalıd, albuxara, qovrulmuş soğan və zəfəran əlavə edin. Qazanı qapağı bağlı şəkildə zəif ocağa qoyub heyva bişənə qədər bişirin. Bişən yeməyi boşqaba çəkib üzərinə nar dənəsi səpin və nar suyu gəzdirin.
Nuş Olsun!
Servings: 1 yield(s)