Koreyasayağı Yerkökü ilə Ləzzətli Toyuq Salatı

Qaynadılmış toyuq filesi və koreyasayağı yerkökü ilə dadlı salat hazırlaya bilərsiniz. Bu salat əsas yeməkləri mükəmməl şəkildə tamamlayacaq. Evdar.az dadlı salatın reseptini təqdim edir.

Tərkibi:

  • 200 qr bişmiş toyuq filesi
  • 180 qr koreyasayağı yerkökü
  • 100 qr xiyar
  • 140 qr konservləşdirilmiş qarğıdalı dənəsi
  • 50 qr pendir
  • xama
  • zövqə görə duz
Hazırlanma qaydası: İlk öncə toyuq filesini suda bişirin. Bişib soyuyan fileni kiçik doğrayın. Xiyarları samanvari doğrayın. Pendiri sürtgəcdən keçirin. Koreyasayağı yerkökününü resepti bu məqalədə.Bir qaba doğranmış toyuq filesi, koreyasayağı yerkökü, xiyar, konservləşdirilmiş qarğıdalı dənəsi və sürtgəcdən keçirilmiş pendir töküb qarışdırın. Üzərinə duz və xama əlavə edərək qarışdırıb süfrəyə verin.
Nuş Olsun!
Servings: 1 yield(s)