Közlənmiş Qırmızı Bibər Salatı

İstər sadə, istəsəniz də yeməklərin yanında təqdim edə biləcəyiniz ləzzətli bir salat resepti..Az məhsulla və asan hazırlanan bu salatı həm ailəniz üçün,həm də qonaqlarınız üçün hazırlaya bilərsiniz. Evdar.az ləzzətli közlənmiş qırmızı bibər salatının reseptini təqdim edir. Salat reseptləri arasında ən çox bəyənilən "Çingizxan salatı""Kişinin göz yaşları" salatının reseptinə nəzər salmağı unutmayın. Tərkibi:
  • 10 ədəd qırmızı bibər
  • 1 stəkan zeytun yağı
  • yarım stəkan sirkə
  • 2 diş sarımsaq
  • duz
  • təzə kəklikotu
Hazırlanma qaydası: İlk öncə qırmızı bibərləri soba sinisinə qoyub sobada közləyin. Qabıqlarını və tumlarını təmizləyib bir qaba düzün.  Bir kasada zeytun yağı, duz və sirkəni qarışdırın. Sarımsağın qabıqlarını soyub xırda doğrayın və zeytun yağına qarışdırın. Bu qarışığı qırmızı bibərlərin üzərinə tökün. tökün. Təzə kəklikotu ilə bəzəyərək süfrəyə verə bilərsiniz. QEYD:
  • Sobanız yoxdursa ocaqda da közləyə bilərsiniz.
  • Közlədiyiniz bibərləri suyun altında tutaraq qabığını daha asan soya bilərsiniz.
  • Qırmızı bibərlərə əlavə olaraq közlənmiş badımcan da əlavə edə bilərsiniz.
  • Közlənmiş qırmızı bibər salatının bir boşqabı təxminən 30 kaloridir. Közlənmiş bibərlərin bir ədədi isə təxminən orta hesabla 15 kalori ehtiva edir. Aşağı kalorili olduğu üçün yeməklərin yanında süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)