Kulinariya Fantaziyası – Pralin Pasta

Pralin (praline)- karamelləşdirilmiş fındıqdan hazırlanan qatı pastadır. Bu dadlı pasta şokolad və konfetlərin içliyi üçün istifadə edilir. Evdar.az asan hazırlanan fındıq pralin reseptini təqdim edir. Tərkibi:
  • 200 qr fındıq ləpəsi
  • 200 qr şəkər tozu
Hazırlanma qaydası: Fındıq ləpəsi tavaya töküb ocaqda qarışdırıaraq qovurun. Qabığı soyulmağa başladıqda hazırdır. İsti fındıq ləpəsini mətbəx dəsmalının arasına töküb bükün. Əlinizlə ovub qabıqları təmizlənsin. Yaxşıca qabığından təmizlənən fındıqları ayırıb bir qaba qoyun. Azca qızdırılmış tavaya şəkər tozunu töküb zəif ocaqda qəhvəyi karamel olanadək qızdırın. Fındıqları karamelə əlavə edib qarışdırın. Karamel fındıqları tamamilə örtənə qədər yaxşıca qarışdırın. Karamelli fındığı silikon xalçanın üzərinə nazik yayın. Yarım saatlıq bərkiməsi üçün kənara qoyun. Soyuyan karamelli fındıqları kiçik parçalara ayırın və mətbəx robotuna töküb xırdalayın. Əvvəlcə fındıqlar toz halında olacaq, daha sonra nəm qum halına gələnədək yaxşıca qarışdırın. Mətbəx robotunuz (blender) güclü deyilsə fasilərlə edin. Karamelli fındıqları maye bir pastaya çevrilənə qədər qarışdırmaq lazımdır. Pralini bir bankaya töküb soyuducuda saxlayın.
Nuş Olsun!
Servings: 1 yield(s)