Ləziz Gavalılı Şokoladlı Tort

Tort sevənlər üçün şokoladın və qara gavalının birləşməsindən ortaya çıxan dadlı tort.. Evdar.az şokoladlı, qara gavalılı tortunun reseptini təqdim edir.

Tərkibi:

Xəmiri üçün:

  • 380 qr un
  • 40 qr kakao
  • 5 qr qabartma tozu
  • çimdik duz
  • 100 qr şəkər kirşanı
  • 200 qr yumşaldılmış kərə yağı
  • 1 ədəd yumurta
  • 1 ədəd yumurta sarısı
  • 1 çay qaşığı vanil ekstraktı

Kremi üçün:

  • 500 ml 33-35%-lik soyuq qaymaq
  • 200 qr mascarpone pendiri
  • 100 qr şəkər kirşanı
  • 100 ml 33-35% qaymaq
  • 100 qr tünd şokolad

İçlik üçün:

  • 150 qr qara gavalı
  • 40 ml likör "Amaretto"

Qanaj üçün:

  • 70 qr tünd şokolad
  • 60 ml 20% qaymaq

Hazırlanma qaydası:

Korju hazırlamaq üçün bir qabda un, kakao, qabartma tozu və duzu qarışdırın. Başqa bir qabda otaq temperaturunda yumşaldılmış kərə yağıyla şəkər kirşanını mikserlə yaxşıca 2-3 dəqiqə çırpın. Üzərinə vanil ekstraktı, yumurta və yumurta sarısı əlavə edib qarışdırın. Quru qarışığı da əlavə edib xəmir yoğurun. Xəmiri dəzgahın üzərinə qoyub 5 bərabər hissəyə bölün. Kündələyib bir qaba yerləşdirin və üzərinə streç salafana keçirin. Xəmiri 1 saatlıq soyuducuya yerləşdirin. Qara gavalı xırda doğrayıb dərin bir kasaya tökün. Üzərinə likör əlavə edin və streç salafan keçirib 3- 4 saatlıq kənarda saxlayın. Əgər quru gavalı qurusu istifadə edəcəksinizsə əvvəlcədən suda isladın. Kündələri soyuducudan çıxarıb yağlı kağız üzərində oxlovla qalınlığı 3 mm olan diametri 18 sm dairələr yayın. Xəmirin üzərinə çəngəllə dəliklər açın. Soba sinisinə yağlı kağızı xəmirlə birlikdə yerləşdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 5-7 dəqiqə bişirin. Eyni qaydayla qalan xəmirləri də bişirin. Dairəvi kəsdiyiniz xəmirlərin kəranlarından çıxan artıq hissələrdən 6-cı korju da yayıb bişirin. Hazır korjları soyudun. Kremi hazırlamaq üçün isidilmiş qaymağa şokolad parçalarını əlavə eduib yaxşıca qarışdırın. Otaq temperaturunda soyuyan kütlənin üzərinə mascarpone və soyuq qaymağı əlavə edib mikserlə yaxşıca çırpn. Daha sonra şəkər kirşanı da əlavə edib yaxşıca çırpın. Tortu yığacağınız qaba birinci korju yerləşdirin. Korjun üzərinə krem yaxın qara gavalının yarısını düzün. Bu qaydayla bütün korjları üst-üstə düzüb, krem yaxın və qara gavalı səpin. Tortun kənarlarına da krem yaxıb 4 saatlıq soyuducuya yerləşdirin. Qanaj hazırlamaq üçün əridilmiş tünd şokoladın üzərinə isti qaymaq əlavə edib yaxşıca qarışdırın. Tortu soyuducudan çıxarıb kənarlarından axıdaraq üstünü bəzəyin. Tortu 1 saatlıq soyucuduya yerləşdirin. Zövqə görə tortun üzərinə şokoladlı güllərlə və əridilmiş şokoladla bəzəyə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)