Ləzzətli Qozlu Pesto Sousu

Müxtəlif yeməklərə, salatatlara əlavə olunan İtalyan mətbəxinin məşhur Pesto sousu. Bu dadlı sousu qızardılmış çörəyin üzərinə çəkərək də yeyə bilərsiniz. Pesto sousu qozla, fıstıqla, ispanaqla, şüyüdlə və nanə ilə hazırlanır. Evdar.az ləzzətli qozlu pesto sousunun reseptini təqdim edir. Tərkibi:
  • 50 qr yaşıl reyhan
  • 30 qr qoz
  • 70 qr parmesan pendiri
  • 70 ml zeytun yağı
  • 2 diş sarımsaq
  • yarım limonun şirəsi
  • duz
Hazırlanma qaydası: İlk öncə reyhanın yalnız yarpaqları ayrın. Qozu sobada qovurub qabığını təmizləyin, pendiri rəndələyin. Bütün ərzaqları blenderə töküb yaxşıca əzin. Hazır sousu bankaya töküb soyuducuda saxlayın. Pesto sousunu hazırlayıb soyuducuda bir neçə ay saxlaya bilərsiniz. Bu dadlı sousu müxtəlif salat, pasta və ya sadəcə çörəyin üzərinə çəkərək yeyə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)