Ləzzətli Sendviç Peçenye-Ledi Öpücüyü

Ledi öpücüyü "Baci Di Dama" adıyla bilinən İtalyan peçenyesi ləzzətli, şokoladlı və fındıqlı sendviç peçenyedir. Evdar.az fındıqla zəngin olan ləzzətli peçenyenin reseptini təqdim edir. Tərkibi:
  • 150 qr otaq temperaturunda kərə yağı
  • 150 qr şəkər tozu
  • 150 qr fındıq unu
  • 130 qr un
  • 1/2 çay qaşığı duz
Qanaj üçün:
  • 90 qr şokolad
  • 90 qr qaymaq
Hazırlanma qaydası: Bir qabda kərə yağı və şəkərə tozunu mikserlə yaxşıca çırpın. Üzərinə un, fındıq unu və duz əlavə edib yoğurun. Xəmiri streç salafana büküb 1 saatlıq soyuducuya yerləşdirin. Xəmirdən 5 qr-lıq parçalar qoparıb ( tərəziniz yoxdursa fındıq böyüklüyündə toplar hazırlayın) kiçik toplar hazırlayın və yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 14-15 dəqiqə bişirin. Bişdikdən sonra soyuması üçün kənara qoyun. Qanajı hazırlamaq üçün bir qabda qaymağı isidin, ancaq qaynatmayın. Şokoladı əridə biləcək istiliyə gəldikdə şokolad ilə qarışdırın və soyumağa buraxın. Hazırladığınız qanajı peçenyenin yarısına yaxıb digər peçenyeylə birləşdirin. Qanajı çox axıcı halda deyil, soyuducuda bir az gözlədib soyuq halda peçenyelərin arasına yaxa bilərsiniz. Bütün peçenyelerin arasına qanaj yaxaraq birləşdirin.  
Nuş Olsun!
Servings: 1 yield(s)