Ləzzətli Tort Üçün Plombir Dadında Krem

Plombir kreminin dadı həqiqətən uşaqlığımızda əriyən dondurmaya bənzəyir.  Dadlı, zərif, hamar və ətirli kremi tortlar üçün istifadə edə bilərsiniz. Plombir dadında krem axmır, formasını yaxşı saxlayır. Evdar.az plombir dadında kremin reseptini təqdim edir.

Tərkibi:

  • 500 qr 20 %-lik xama
  • 180 qr şəkər tozu
  • bir az limon qabığı
  • 2 ədəd yumurta
  • 3 xörək qaşığı un
  • 250 qr otaq temperaturunda kərə yağı
  • 2 qr vanil

Hazırlanma qaydası:

İlk öncə bir qabda yumurta, xama, limon qabığı, un və şəkər tozunu yaxşıca qarışdırın. Su hamamında qatılaşanadək bişirin və soyudun. Kərə yağını mikserlə çırpın və soyuyan kütlədən az-az kərə yağına əlavə edərək çırpın. Krem hazıdır.
Nuş Olsun!
Servings: 1 yield(s)