Ləziz Naringili Keks

Yields: 1 Serving

B və C vitamin anbarı olan qış meyvəsi olan naringini sevənlər üçün dadlı bir keks. Evdar.az asan hazırlanan ətirli, ləzzətli və yumşaq naringili keksin reseptini təqdim edir.

Ləziz Naringili Keksin tərkibi:

  • 4 ədəd yumurta
  •  3/4 stəkan şəkər tozu
  • 1/2 stəkan zeytun yağı
  • 1/2 stəkan təzə sıxılmış naringi şirəsi
  • 2,5 xörək qaşığı qatıq
  • 1,5 stəkan un
  • 1/2 stəkan badam unu
  • 1 paket qabartma tozu

Üzəri üçün:

  • 3 ədəd naringi

Ləziz Naringili Keksin hazırlanma qaydası:

Bir qabda yumurta və şəkər tozunu mikserlə yaxşıca çırpın. Üzərinə qatıq, zeytun yağı və təzə sıxılmış naringi şirəsini əlavə edib qarışdırın. Daha sonra ələnmiş un və qabartma tozunu əlavə edin Badam ununu da əlavə etdikdən sonra keks xəmirini taxta qaşıq və ya spatulayla qarışdırın. Keks qəlibini kərə yağıyla yağlayın. Xəmiri qəlibə yayın və üzərinə qabıqları və ağ hissələri təmizlənmiş naringiləri xəmirin üstündən zövqə görə düzə bilərsiniz. Əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin. Sobadan çıxan keksi soyuması üçün kənara qoyun. Daha sonra dilimləyib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Qeyd: Naringinin möhtəşəm dadıyla yanaşı sağlamlıq baxımından da mükəmməl faydası var.  Qış aylarında soyuqdəymə və qripə qarşı çox geniş şəkildə istifadə olunur. Naringi suyu ən az naringinin özü qədər sağlamlıq baxımından faydalıdır. Bundan əlavə naringi qabığı da sağlamlığımıza fayda verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir