Məşhur İçki – Meyvəli Smuzi

Son zamanların ən məşhur içkilərindən olan smuzi (smoothie), həm doyumlu, həm də qidalandırıcı olduğu üçün çox üstünlük verilir. Evdar.az  zövqlə içəcəyiniz meyvəli smuzinin reseptini təqdim edir. Tərkibi:
  • 200 qr çiyələk
  • 1 ədəd avakado
  • zövqə görə bal
  • 3 budaq reyhan
  • 1 xörək qaşığı labne pendiri
  • 1 ovuc buz
Hazırlanma qaydası: Smuzi blenderinə və ya mətbəx kombaynına çiyələk , qabığı soyulmuş avokado , bal ,reyhan, labne pendiri və buzu əlavə edin. Tam qarışana qədər çırpın. Hazır smuzini süfrəyə verdikdə çiyələk və nanə ilə bəzəyin.
Servings: 1 yield(s)