Metabolizmi Yaxşılaşdıran Smuzi

Smuzi (Smoothie) bədəni faydalı vitaminlərlə doyduran və fiquranıza zərər verməyən dadlı və faydalı bir içkidir. Bu içki sayəsində aclıq hissini boğub maddələr mübadiləsini yaxşılaşdıra bilərsiniz, bu da sürətli çəki itkisinə gətirib çıxaracaq. Evdar.az metabolizmi yaxşılaşdıran smuzinin reseptini təqdim edir. Tərkibi:
  • 1 ədəd çuğundur
  • 1 ədəd yerkökü
  • 1 ədəd alma
  • 4 ədəd limon dilimi
  • 1 xörək qaşığı bal
Hazırlanma qaydası: Çuğunduru və yerkökünü təmizləyib doğrayın. Almanı da təmizləyib, çəyirdəyini təmizləyib dilimləyin. Limonun qabığını soyub dilimləyin. Blenderin qabına doğranmış çuğundur, yerkökü, alma, limon və bal əlavə edib yaxşıca qarışdırın. Hazır smuzini stəkana töküb içə bilərsiniz.
  • Çuğundur bağırsağın işini yaxşılaşdırır və yağlı lipidlərin qaraciyər hüceyrələrinə yığılmasının qarşısını alır.
  • Alma yalnız arıqlamağa kömək etmir, həm də xolesterolu azaldır.
  • Yerkökü maddələr mübadiləsini normallaşdırır, dərini cavanlaşdırır, ürək-damar sistemini gücləndirir.
  • Limondan mütəmadi istifadə edən şəxslərin xüsusi pəhriz saxlamasına, qəbul etdiyi kalorinin miqdarını hesablamasına ehtiyac yoxdur.
Servings: 1 yield(s)