Milyonçuların Sevimli Xəzər Salatı

Azərbaycan mətbəxinin hər hansı bir yeməyi kulinariya şedevridir. Şah əsərlərdən biri də "Xəzər" mənasını verən Xəzər salatıdır. Bildiyiniz kimi Xəzər dənizi nərə balığı və kürü ilə məşhurdur. Bu səbəblə bu salat ən bahalı salatlardan biri sayılır. Evdar.az Azərbaycanın ən bahalı xəzər salatının reseptini təqdim edir. Tərkibi:
  • 3 ədəd kartof
  • 3 ədəd təzə xiyar
  • bir neçə budaq tərxun
  • 2 xörək qaşığı xama
  • mayonez
  • zövqə görə duz, istiot
Üzəri üçün:
  • 5-6 porsionluq nərə balığı dilimi
  • az duzlu nazik losos balığı dilimi
  • bir neçə budaq tərxun
  • qırmızı və ya qara dənəvər kürü
  • kahı yarpağı
  • 1 ədəd limon
  • 1 ədəd xiyar
Hazırlanma qaydası: Bir neçə dilim nərə balığını qazana qoyub üzərinə soyuq su töküb zəif ocaqda bişirin. Üzərinə yığılna kəfi yığaraq duz və dənə istiot əlzvə edib zəif ocaqda 20 dəqiqə bişirin. Bişən balığı süzün. Kartofu suda bişirin. Bişmiş, qabığı soyulmuş kartofu kub şəklində doğrayın. Xiyarı da kub formasında doğrayın. Bir qabda doğranmış kartof, xiyar və tərxun yarpaqlarını qarışdırın. Üzərinə duz, istiot,xama və mayonez vurub qarışdırın. Salatı düzəcəyiniz boşqaba kahı yarpaqları yerləşdirin. Kahının üzrinə salatı dağ şəklində yayın. Üzərinə bişmiş, soyumuş nərə balığı filesini düzün. Nazik losos balığı dilimini rulet və ya buket şəklində büküb salatın kənarlarına düzün. Hər rulet şəklində bükülmüş balıqların orta hissəsinə kürüləri səpin. Salatı limon və xiyar dilimləri, tərxun budaqları ilə bəzəyin.
Nuş Olsun!
Servings: 1 yield(s)