Möhtəşəm Ətirli, Turşaşirin Üzüm Şorabası

Bir çox evdar qadınlar xiyar, pomidor və s. kimi tərəvəzlərdən şoraba hazırlayırlar. Ancaq meyvə və giləmeyvələrdən də şorabalar hazırlanır. Bunlardan biri də üzüm turşusudur. Üzüm turşusu ət yeməkləri üçün idealdır. Hətta pendir boşqabı üçün salxımıyla birgə süfrəyə verilən üzüm şorabası sadəcə əvəzolunmazdır. Evdar.az möhtəşəm ətirli, turş və şirin dadlı üzüm şorabasının reseptini təqdim edir.

Möhtəşəm Ətirli, Turşaşirin Üzüm Şorabasının tərkibi:

  • üzüm
  • 2 ədəd dəfnə yarpağı
  • 3-4 budaq cəfəri
  • 4-5 ədəd dənə istiot
  • 1 dilim limon
  • çay qaşığı ucunda limon duzu
  • 1 xörək qaşığı duz
  • 1 st üzüm sirkəsi
  • su

Möhtəşəm Ətirli, Turşaşirin Üzüm Şorabasının hazırlanma qaydası:

İlk öncə üzümləri yaxşıca yuyun. Ancaq diqqət edin üzüm dənələri  saplağından qopmasın. Cəfərini də yuyub süzün. 1 kq-lıq bankaya üzümləri yerləşdirin. Bankaya 1 dilim limon, 3-4 budaq cəfəri, 2 ədəd dəfnə yarpağı, çay qaşığı ucunda limon duzu, 1 xörək qaşığı şoraba duzu töküb üzümləri banka dolana qədər doldurun. 1 stəkan üzüm sirkəsi və qaynadılmış soyuq su töküb qapağını bağlayın. Qapağını bağladıqdan sonra bankanı ehtiyyatla əlinizdə çevirin ki, su, duz və sirkə qarışsın. Bu qaydayla başqa növ üzümlərdən də şoraba hazırlaya bilərsiniz. Hazırladığınız şorabanı soyuq yerdə saxlayın.
Nuş Olsun!
Servings: 1 yield(s)