Möhtəşəm Görünüşlü Gül Buketi Salatı

"Gül buketi" həm dadıyla, həm də möhtəşəm görünüşüylə bayram süfrələrinizi bəzəyəcək. Evdar.az gül buketi salatının reseptini təqdim edir. Tərkibi: Salat üçün:
  • 1 ədəd siyənək balığı filesi
  • 3 ədəd çuğundur
  • 1 ədəd yerkökü
  • 2-3 ədəd kartof
  • 1 ədəd soğan
  • 2 diş sarımsaq
  • 2 ədəd yumurta
  • cəfəri
  • mayonez
Blinçik üçün:
  • 2 ədəd yumurta
  • 0,5 stəkan süd
  • 0,5 stəkan kefir
  • 1 çay qaşığı soda
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı şəkər tozu
  • 3 xörək qaşığı bitki yağı
Hazırlanma qaydası: Salat üçün yerkökü, kartof və çuğunduru suda bişirin. Bişən tərəvəzləri soyudun və rəndələyin. Çuğundura mayonez və sarımsaq əzəndən keçirilmiş 1-2 diş sarımsaq əlavə edib qarışdırın kənara qoyun. Azduzlu siyənək balığı filesinin dərisini soyun və sümüklərini çıxarın. Balığı kub şəklində doğrayın. Soğanı da xırda kub şəklində doğrayın. Salatı hazırlayacağınız qaba ilk öncə doğranmış balıq qatı düzün. Üzərinə soğan qatını düzün. Növbəti qata rəndələnmiş kartof düzün və mayonez yaxın. Daha sonra rəndələnmiş yerkökü düzün, üzərinə bişmiş rəndələnmiş yumurta qatını da düzün. Salatın qatlarını tökdükcə " dağ " şəkli verin. Mayonezi salatın hər tərəfinə yaxın. Blinçiki hazırlamaq üçün 2 ədəd yumurta, süd və kefiri qarışdırın.Üzərinə soda ,un və şəkər tozu töküb yaxşıca qarışdırın. Bitki yağı töküb qarışdırın və blinçik xəmirini 15 dəqiqə kənarda saxlayın. Daha sonra blinçik xəmirindən 2-3 mm qalınlığında blinçiklər bişirin. Bişmiş soyumuş blinçikin üzərinə kənara ayırdığınız sarımsaqlı-çuğundurlu qarışıqdan yaxın və rulet şəklində bükün. Rulonları 1,5-2 sm qalınlığında kəsin və salatın üzərinə yerləşdirin. Rulonların aralarında qalan boşluqları cəfəri yarpaqlarıyla doldurun.
Nuş Olsun!
Servings: 1 yield(s)