Möhtəşəm Görünüşlü Və Dadlı Qızardılmış Gürzə

Restoranlarda yediyiniz qızardılmış gürzəni özünüz ev şəraitində hazırlayın. Evdar.az özünə məxsus ləzzəti olan qızardılmış gürzənin reseptini təqdim. Tərkibi: Xəmiri üçün:
  • 150 ml su
  • 1 ədəd yumurta
  • 1 çay qaşığı duz
  • 350-380 qr un
İçlik üçün:
  • 600 qr ət
  • 3 ədəd soğan
  • zövqə görə duz, istiot
Hazırlanma qaydası: Xəmiri hazırlamaq üçün bir qabda un, duz və suyu qarışdırıb xəmir yoğurun. Xəmirin üzərini örtüb 5-10 dəqiqə kanara qoyun. İçliyi hazırlamaq üçün bir qabda qiymənin (zövqə görə xırda doğranmış dana əti və ya toyuq əti) üzərinə rəndələnmiş soğan, duz və istiot əlavə edib qarışdırın. Xəmiri dəzgahın üzərinə yayıb stəkanın ağız hissəsiylə və ya dairəvi formalarla dairələr kəsin. Dairələrin hər birinə içlikdən qoyub gürzə formasında bükün. Bu qaydayla bütün xəmirləri içliklə doldurub bükün. Daha sonra qazanda bol bitki yağında gürzələri iki tərəfli qızardın. Bişən gürzələri süfrəyə verdikdə üzərinə sumaq tozu səpə bilərsiniz.
Qeyd:
  • Gürzənin xəmirinə mayonez, xama və ya bitki yağı vura bilərsiniz.
  • İçlik üçün istifadə etdiyiniz əti yarımbişmiş halda yüngül bişirə bilərsiniz.
  • Qiymə əvəzinə çox xırda doğranmış ət istifadə etmək olar
  • Dana ətini quyruqlu qoyun əti ilə də əvəz edə bilərsiniz.

Nuş Olsun!

Servings: 1 yield(s)