“Mon Plezir” Tortu

Yields: 1 Serving Difficulty: Medium

“Mon Plaisir” (Mon Plezir)  fransız dilindən tərcümədə “mənim zövqüm” deməkdir. Evdar.az bu dadlı tortun reseptini təqdim edir.

Tərkibi:

  • 1 stəkan un
  • 3/4 stəkan kartof nişastası
  • 1-1/2 stəkan şəkər tozu
  • 300 qr otaq temperaturunda yumşaldılmış kərə yağı
  • 9 ədəd yumurta
  • 250 qr qoz ləpəsi
  • 2 çay qaşığı qabartma tozu

Şokoladlı krem üçün:

  • 400 qr kərə yağı
  • 3 xörək qaşığı şəkər kirşanı
  • 1 banka qatılaşdırılmış süd
  • 5 xörək qaşığı kakao

Hazırlanma qaydası:

Bir qabda yumurta və şəkər kirşanını mikserlə yaxşıca çırpın. Başqa bir qabda kərə yağını çırpın. Üzərinə kartof nişastası və xırdalanmış qoz ləpəsi əlavə edib qarışdırın. Yumurta qarışığını da kərə yağı qarışığına əlavə edib çırpmağa davam edin. Qabartma tozu və un töküb qarışdırın. Çırpdığınız kütləni yağlanmış soba sinisinə yayın və əvvəlcədən 180-190 dərəcə qızdırılmış sobada 1-1,5 saat bişirin. Sobanı söndürüb biskviti içərisində 10 dəqiqə saxlayın. Sobadan çıxarıb soyuyan biskviti 2 hissəyə bölün.

Şokoladlı kremi hazırlamaq üçün bir qabda kərə yağını mikserlə çırpın. Üzərinə qatılaşdırılmış süd və kakaonu əlavə edib krem konsistensiyası alınanadək yaxşıca çırpın.

Biksvitin üzərini və kənarlarını kremləyin. Üzərini zövqə görə bəzəyə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir