Naxçıvan Mətbəxinin Daş Küftəsi

" Ət daşı" adlanan xüsusi yasdı daş üstündə döyülən ətdən hazırlanan Naxçıvan mətbəxinin ən məşhur yeməyi. Evdar.az ləzzətli və fərqli bişirilmə üsulu ilə Daş küftə reseptini təqdim edir. Tərkibi:
  • 400 qr ət
  • 1-2 tikə quyruq
  • 1 ədəd baş soğan
  • 50-60 qr noxud (suda isladılmış)
  • 50-60 qr düyü
  • 1 ədəd yumurta
  • nanə qurusu
  • tərxun qurusu
  • reyhan qurusu
  • mərzə qurusu
  • alça turşusu
  • duz
  • istiot
  • sarıçiçək
  • tomat və ya pomidor
Hazırlanma qaydası: Tikə əti 2 saat dayanmadan "ət daşı" adlanan xüsusi yasdı daşın üzərində ağac toxmaqla qiymə halına gələnədək döyün. Qiymə halına düşdükdə üzərinə isladılmış noxud, quyruq, soğan əlavə edib birlikdə döyün. Üzərinə göyərti qurusu ( nanə, mərzə, reyhan, şüyüd və tərxun qurusu) ovun və qarışdırın. Üzərinə yumru düyü, duz, istiot, sarıçiçək, yumurta və azca isti su əlavə edib əllə yaxşıca qarışdırın. Hazır qiyməni bir ovucun içərisinə sığacaq böyüklükdə kündələrə ayrın. Kündələrin içərisinə alça, gavalı və ya albuxara turşusu qoyub yuvarlayın. Bəzi hallarda isə duzlu yumurta qoyulur. Küftələri qaynar suya salıb bişirib çıxarın. Qazanda qaynayan suya duz, sarıçiçək və ya tomat vurub küftələri də içinə əlavə edib bişirin. Daş küftəsinə bəzi bölgələrdə kartof da vurulur.
Nuş Olsun!
Servings: 1 yield(s)