Novruz Süfrəsini Bəzəyən Bakı Qurabiyəsi

Novruz süfrəsi üçün şəkərbura, paxlava ilə yanaşı Bakı qurabiyəsi də bişirilir. Evdar.az asan hazırlanan Bakı qurabiyəsinin reseptini təqdim edir. Tərkibi:
  • 2 stəkan (280 qr ) un
  • 90 qr şəkər kirşanı
  • 2 ədəd yumurta ağı
  • 180 qr kərə yağı (otaq temperaturunda yumşaldılmış)
  • 1 çay qaşığı qabartma tozu
  • vanil zövqə görə
  • üzəri üçün cem
Hazırlanma qaydası: Bir qabda otaq temperaturunda yumşaldılmış kərə yağını mikserlə çırpın. Üzərinə şəkər kirşanı səpib ağarana qədər yaxşıca çırpın. Yumurta ağını da əlavə edib krem halına gələnədək çırpmağa davam edin. Qabartma tozu, zövqə görə vanil və un əlavə edib qarışdırın. Xəmiri konditer torbasına doldurub ulduz başlığını taxın və yağlı kağız üzərinə aralıqlarla sıxın. Güllərin orta hissəsindən kiçik boşluqlar açın və o boşluqlara istədiyiniz cemdən doldurun. Əgər cem çox qatı deyilsə onu yarım çay qaşığı nişasta ilə qatılaşdıra bilərsiniz. Əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 8-10 dəqiqə bişirin.
Nuş Olsun!
Servings: 1 yield(s)