Pəhrizdə Olanlar Üçün Pəhriz Keksi

pəhriz-keksi.2
Yields: 1 Serving Difficulty: Easy

Pəhriz saxlayanların ən çox şikayət etdiyi mövzulardan biri şirniyyat yeyə bilməməsidir. Unsuz, yağsız, dadı da damağınıza uyğun olmayan keksləri yemək əvəzinə Evdar.az-ın təqdim etdiyi pəhriz keksini hazırlayın. Bu keksin özəlliyi ondadır ki, buğda unuyla hazırlanır, şəkər tozu əvəzinə banan və baldan istifadə olunur.

Pəhrizdə Olanlar Üçün Pəhriz Keksinin tərkibi:

  • 3 ədəd yumurta
  • 2 ədəd  yetişmiş və ya çox yetişmiş banan
  • 1,5 stəkan bal
  • 1 stəkan süd
  • 2 xörək qaşığı qatıq
  • 1,5 stəkan zeytun yağı
  • 1 / 2 stəkan xırda çəkilmiş qoz ləpəsi
  • 1 çay qaşığı darçın (zövqə görə)
  • 1 paket qabartma tozu
  • 3-3,5 stəkan buğda unu

Üzəri üçün:

  • 1 ədəd banan

Pəhrizdə Olanlar Üçün Pəhriz Keksinin hazırlanma qaydası:

ilk öncə bir qabın içərisində yumurtaları və balı yaxşıca mikserlə çırpın. Üzərinə süd, zeytun yağı və qatığı əlavə edib çırpmağa davam edin. Başqa bir qabda bananları əzin. Əzdiyiniz bananı çırpdığınız kütləyə əlavə edib qarışdırın. Daha sonra xırda çəkilmiş qoz ləpəsi, qabartma tozu və darçını əlavə edin. Unu da az-az əlavə edib taxta qaşıqla və ya spatulayla topaq qalmayacaq şəkildə qarışdırın. Hazırladığınız keksin xəmirini  yağlanmış unlanmış baton qəlibə və ya yağlı kağız sərilmiş dairəvi keks qəlibinə yayın. Üzərinə zövqə görə dilimlənmiş banan düzüb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin. Sobadan çıxardığınız keksi otaq temperaturunda ən az 40 dəqiqə dinləndirin. Keksi dilimləyib süfrəyə verə bilərsiniz.

Qeyd: Zövqə görə keksə kakao əlavə edə bilərsiniz. Vanil ekstraktı və ya vanil da əlavə edə bilərsiniz. Bananın yetişmiş, lakin çürümüş olmamasına diqqət edin. Qoz ləpəsi əvəzinə fındıq və badam kimi müxtəlif çərəzlərdən də istifadə edə bilərsiniz. Qatıq istifadə etmədən süd miqdarını artıraraq da sınaya bilərsiniz. Südü pəhriz südü olaraq da seçə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir