Pəhrizdə Olanlar Üçün Xüsusi Şorba

Sağlam bir şəkildə çəki atmaq istəyənlər üçün möhtəşəm bir kələm şorbası..Evdar.az pəhrizdə olanlar üçün dadlı və faydalı şorba reseptini təqdim edir. Tərkibi:
  • yarım ağ kələm
  • 1 ədəd kərəviz
  • 2 ədəd pomidor
  • yarım dəstə cəfəri
  • 2 ədəd yaşıl bibər
  • 6 stəkan su
Hazırlanma qaydası: Bir qazanda xırda doğradığınız kələm, kərəviz, pomidor, cəfəri, yaşıl bibər və su əlavə edib zəif ocaqda 10-15 dəqiqə bişirin. Əgər şorbanın daha çox qatı olmağını istəyirsinizsə 4 stəkan, daha duru konsistensiyalı olmağını istəyirsinizsə 6 stəkan su əlavə edin. Şorba bişdikdən sonra duz əlavə edib blenderlə yaxşıca qarışdırın. Hazır şorbanı isti halda süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)