Payız Mövsümünün Hiti-Balqabaqlı Pankeyk

Faydalı balqabaqdan dadlı pankeyk (pancake) hazırlaya bilərsiniz. Evdar.az asan hazırlanan, dadlı və faydalı balqabaqlı pankeyk reseptini təqdim edir. Tərkibi:
  • 125 qr buğda unu
  • 1 xörək qaşığı qabartma tozu
  • ½ çay qaşığı darçın
  • 1 çay qaşığı muskat qozu rəndəsi
  • bir çimdik duz
  • 1 stəkan süd
  • 75 qram balqabaq püresi
  • 1 ədəd yumurta
  • 2 xörək qaşığı bal
  • yarım çay qaşığı vanil ekstraktı
  • 2 xörək qaşığı ərinmiş kərə yağı və ya kokos yağı.
Hazırlanma qaydası: Bir qabda un, qabartma tozu, darçın, muskat qozu rəndəsi və duzu qarışdırın. Başqa bir qabda süd, balqabaq püresi, yumurta, bal, vanil ekstraktı və ərinmiş yağı qarışdırın. Eynikütləli cins olana qədər çırpın. Unlu qarışığı da əlavə edib qarışdırın. Ağır bir çuğun tavanı və ya yapışmayan pankeyk tavanı orta və yüksək istilikdə qızdırın. Elektrikli bir tava istifadə edəcəksinizsə, onu 175 dərəcəyə qədər qızdırın. Lazım gələrsə səthi azca yağlayın (yapışmayan tavanın səthini yağlamaya bilərsiniz). Qızdırılmış tavaya 2 xörək qaşığı xəmirdən töküb 2 tərəfli bişirin. Xəmir bitənə qədər bu prosesi təkrarlayın, lazım olduqda tavanı yağlayın. Pankeykləri isti halda bal ilə süfrəyə verə bilərsiniz. Və ya isti tutmaq üçün çay dəsmalı ilə üzərini örtə bilərsiniz.
Qeyd : Reseptdə istifadə olunan inək südünü badam südü, kokos südü, düyü südü və ya yulaf südüylə əvəz edə bilərsiniz. Nuş Olsun!
Servings: 1 yield(s)